İngilis reqbiçi Lukas Valkav inanılmaz şəkildə zədələnib. Fanat.az xəbər verir ki, "Vakefield"in forvardı komanda yoldaşı ilə toqquşan zaman dilini dişləyib.
Nəticədə onun dilinin bir hissəsi qoub. Bu barədə danışan komandanın baş məşqçisi Qlenn Morrison "Bu heç də yaxşı vəziyyət deyildi. Həkimlər dilin bir hissəsi qopduğu üçün qanamanı dayandıra bilmirdi. Bu səbəbdən də Valkav xəstəxanaya getməyə məcbur oldu. Bütün gecəni orada keçirdi. Dilinə tam 10 tikiş düşdü. İndi vəziyyəti yaxşıdı" deyib.
Fanat.az