Çempionlar Liqasının finalında "Real" və "Atletiko" qarşılaşacaq. Fanat.az xəbər verir ki, bu eyni ölkə təmsilçiləri arasında 5-ci final olacaq.
İlk dəfə 1999/2000 mövsümündə finalda ölkə derbisi baş tutub. Həmin vaxt İspaniyanın "Real" və "Valensiya" klubları qarşılaşıb. "Kral Klubu" bu matçda 3:0 hesablı qələbə qazanaraq kuboku başı üzərinə qaldırıb.
2002/03 mövsümündə finalda "Milan" və "Yuventus" qarşılaşıb. Əsas vaxtı və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşan İtaliya derbisində Milan təmsilçisi penalti seriyasında qalib gəlib - 3:2.
Növbəti dəfə finalda ölkə derbisi 5 mövsüm sonra - 2007/08 mövsümündə baş tutub. Həmin oyunda İngiltərənin "Mançester Yunayted" - "Çelsi" klubları üz-üzə gəlib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan matçı "qırmızı şeytanlar" penalti seriyasında qazanıb - 6:5.
Bu il ardıcıl ikinci dəfə finalda eyni ölkənin komandaları qarşılaşacaq. Belə ki, ötən mövsüm "Real"la "Barselona"nı yarımfinalda yenən "Borussiya" (Dortmund) və "Bavariya" üz-üzə gəlmişdi. Münhen təmsilçisi 2:1 hesablı qələbə qazanaraq, çempionluğunu elan etmişdi.
İndiyə qədər finalda ölkə derbiləri baş tutsa da, şəhər derbiləri olmayıb. Bu dəfə eyni şəhərin - Madridin iki təmsilçisi qarşılaqacaq və bu Çempionlar Liqası tarixində ilk olacaq.
1955/56 Real (İspaniya) - Reyms (Fransa) 4:3
1956/57 Real (İspaniya) - Fiorentina (İtaliya) 2:0
1957/58 Real (İspaniya) - Milan (İtaliya) 3:2 (əlavə vaxtda)
1958/59 Real (İspaniya) - Reyms (Fransa) 2:0
1959/60 Real (İspaniya) - Ayntraxt (Almaniya) 7:3
1960/61 Benfika (Portuqaliya) - Barselona (İspaniya) 3:2
1961/62 Benfika (Portuqaliya) - Real (İspaniya) 5:3
1962/63 Milan (İtaliya) - Benfika (Portuqaliya) 2:1
1963/64 İnter (İtaliya) - Real (İspaniya) 3:1
1964/65 İnter (İtaliya) - Benfika (Portuqaliya) 1:0
1965/66 Real (İspaniya) - Partizan (Serbiya) 2:1
1966/67 Seltik (Şotlandiya) - İnter (İtaliya) 2:1
1967/68 Mançester Yunayted (İngiltərə) - Benfika (Portuqaliya) 4:1 (əlavə vaxtda)
1968/69 Milan (İtaliya) - Ayaks (Hollandiya) 4:1
1969/70 Feyenoord (Hollandiya) - Seltik (Şotanlandiya) 2:1 (əlavə vaxtda)
1970/71 Ayaks (Hollandiya) - Panatinaikos (Yunanıstan) 2:0
1971/72 Ayaks (Hollandiya) - İnter (İtaliya) 2:0
1972/73 Ayaks (Hollandiya) - Yuventus (İtaliya) 1:0
1973/74 Bavariya (Almaniya) - Atletiko (İspaniya) 1:1, 4:0
1974/75 Bavariya (Almaniya) - Lids (İngiltərə) 2:0
1975/76 Bavariya (Almaniya) - Sent-Etyenn (Fransa) 1:0
1976/77 Liverpul (İngiltərə) - Borussiya M (Almaniya) 3:1
1977/78 Liverpul (İngiltərə) - Brügge (Belçika) 1:0
1978/79 Nottingem Forest (İngiltərə) - Malmö (İsveç) 1:0
1979/80 Nottingem Forest (İngiltərə) - Hamburq (Almaniya) 1:0
1980/81 Liverpul (İngiltərə) - Real (İspaniya) 1:0
1981/82 Aston Villa (İngiltərə) - Bavariya (Almaniya) 1:0
1982/83 Hamburq (Almaniya) - Yuventus (İtaliya) 1:0
1983/84 Liverpul (İngiltərə) - Roma (İtaliya) 1:1 (penalti - 4:2)
1984/85 Yuventus (İtaliya) - Liverpul (İngiltərə) 1:0
1985/86 Styaua (Rumıniya) - Barselona (İspaniya) 0:0 (penalti - 2:0)
1986/87 Portu (Portuqaliya) - Bavariya (Almaniya) 2:1
1987/88 PSV (Hollandiya) - Benfika (Portuqaliya) 0:0 (penalti - 6:5)
1988/89 Milan (İtaliya) - Styaua (Rumıniya) 4:0
1989/90 Milan (İtaliya) - Benfika (Portuqaliya) 1:0
1990/91 Srvena Zvezda (Serbiya) - Olimpik (Marsel, Fransa) 0:0 (penalti - 5:3)
1991/92 Barselona (İspaniya) - Sampdoriya (İtaliya) 1:0 (əlavə vaxtda)
1992/93 Olimpik (Marsel, Fransa) - Milan (İtaliya) 1:0
1993/94 Milan (İtaliya) - Barselona (İspaniya) 4:0
1994/95 Ayaks (Hollandiya) - Milan (İtaliya) 1:0
1995/96 Yuventus (İtaliya) - Ayaks (Hollandiya) 1:1 (penalti - 4:2)
1996/97 Borussiya D (Almaniya) - Yuventus (İtaliya) 3:1
1997/98 Real (İspaniya) - Yuventus (İtaliya) 1:0
1998/99 Mançester Yunayted (İngiltərə) - Bavariya (Almaniya) 2:1
1999/00 Real (İspaniya) - Valensiya (İspaniya) 3:0
2000/01 Bavariya (Almaniya) - Valensiya (İspaniya) 1:1 (penalti - 5:4)
2001/02 Real (İspaniya) - Bayer (Almaniya) 2:1
2002/03 Milan (İtaliya) - Yuventus (İtaliya) 0:0 (penalti - 3:2)
2003/04 Portu (Portuqaliya) - Monako (Fransa) 3:0
2004/05 Liverpul (İngiltərə) - Milan (İtaliya) 3:3 (penalti - 3:2)
2005/06 Barselona (İspaniya) - Arsenal (İngiltərə) 2:1
2006/07 Milan (İtaliya) - Liverpul (İngiltərə) 2:1
2007/08 Mançester Yunayted - Çelsi (İngiltərə) 1:1 (penalti - 6:5)
2008/09 Barselona (İspaniya) - Mançester Yunayted (İngiltərə) 2:0
2009/10 İnter (İtaliya) - Bavariya (Almaniya) 2:0
2010/11 Barselona (İspaniya) - Mançester Yunayted (İngiltərə) 3:1
2011/12 Çelsi (İngiltərə) - Bavariya (Almaniya 1:1 (penalti - 4:3)
2012/13 Bavariya (Almaniya) - Borussiya D (Almaniya) 2:1
2013/14 Real (İspaniya) - Atletiko (İspaniya)
Çempionlar Liqasında 59-cu final baş tutacaq. İndiyədək keçirilən 58 final 39 müxtəlif komanda iştirak edib və onlardan 22-si kuboku başı üzərinə qaldıra bilib.
Çempionlar Liqasına ən çox sahib çıxan komanda "Real"dı. "Kral Klubu" 12 finaldan 9-da sevinə bilib. Onları 11 final və 7 çempionluqla "Milan" izləyir. "Bavariya" və "Liverpul"un muzeyində 5 kubok var. Almanlar buna 10, ingilislər 7 finalda nail olub.
Bu ilki finalın iştirakçılarından "Real" 12 ildən sonra həlledici matça vəsiqə əldə edib. "Kral Klubu" sonuncu dəfə 2001/02 finala çızıb və "Bayer"i 2:1 hesabı ilə yenərək qalib adını qazanıb.
"Atletiko" isə cəmi 1 dəfə final görüb. 1973/74 mövsümündə qalib adı uğrunda mübarizə aparaq imkanı əldə edən Madrid klubu istəyinə nail ola bilməyib. Belə ki, "Bavariya" - "Atletiko" finalının ilk oyununda qalib müəyyənləşməyib - 1:1. Bu səbəbdən iki gün sonra komandalar təkrar meydana çıxıb və bu dəfə almanlar darmadağına sevinib - 4:0. Yeri gəlmişkən, bu iki oyundan ibarət yeganə Çempionlar Liqası finalıdı.
1. Real - 12 final (9 çempionluq)
2. Milan - 11 final (7 çempionluq)
3. Bavariya - 10 final (5 çempionluq)
4. Liverpul - 7 final (5 çempionluq)
5. Barselona - 7 final (4 çempionluq)
6. Ayaks - 6 final (4 çempionluq)
7. Mançester Yunayted - 5 final (3 çempionluq)
8. İnter - 5 final (3 çempionluq)
9. Benfika - 7 final (2 çempionluq)
10. Yuventus - 7 final (2 çempionluq)
11. Nottingem Forest - 2 final (2 çempionluq)
12. Portu - 2 final (2 çempionluq)
13. Seltik - 2 final (1 çempionluq)
14. Hamburq - 2 final (1 çempionluq)
15. Styaua - 2 final (1 çempionluq)
16. Olimpik M - 2 final (1 çempionluq)
17. Borussiya D - 2 final (1 çempionluq)
18. Çelsi - 2 final (1 çempionluq)
19. Feyenoord - 1 final (1 çempionluq)
20. Aston Villa - 1 final (1 çempionluq)
21. PSV - 1 final (1 çempionluq)
22. Servena Zvezda - 1 final (1 çempionluq)
23. Reyms - 2 final (0 çempionluq)
24. Valensiya - 2 final (0 çempionluq)
25. Fiorentina - 1 final (0 çempionluq)
26. Ayntraxt - 1 final (0 çempionluq)
27. Partizan - 1 final (0 çempionluq)
28. Panatinaikos - 1 final (0 çempionluq)
29. Atletiko - 1 final (0 çempionluq)
30. Lids - 1 final (0 çempionluq)
31. Sent-Etyenn - 1 final (0 çempionluq)
32. Borussiya M - 1 final (0 çempionluq)
33. Brügge - 1 final (0 çempionluq)
34. Malmö - 1 final (0 çempionluq)
35. Roma - 1 final (0 çempionluq)
36. Sampdoriya - 1 final (0 çempionluq)
37. Bayer - 1 final (0 çempionluq)
38. Monako - 1 final (0 çempionluq)
39. Arsenal - 1 final (0 çempionluq)
Çempionlar Liqası finallarında indiyəjək 13 ölkənin təmsilçiləri iştirak edib. İtaliya ən çox final görən ölkədi. İtalyan klubları 26 dəfə finalın iştirakçısı olub və 12 dəfə çempionluğu bayram edib. Ən çox çempionluq sevincini isə ispanlar yaşayıb. İspaniya klubları 22 finalda 13 kuboku muzeylərinə aparıblar. Bu il hər iki finalçı İspaniya təmsilçisi olduğundan qalib bu ölkə olacaq. Bu səbəbdən ispanların artıq 24 final görüb, 14 dəfə çempion oluduğunu indidən deyə bilərik.
Final görmüş 13 ölkədən 10-u çempionluq sevinci yaşayıb. Belə ki, İspaniya, İtaliya, İngiltərə, Almaniya, Hollandiya, Portuqaliya, Fransa, Rumıniya, Şotlandiya və Serbiya bu sevinci dadıb. Yunanıstan, Belçika və İsveç isə yalnız final həyacını yaşamaqla kifayətlənib.
1. İspaniya - 24 final (14 çempionluq)
2. İtaliya - 26 final (12 çempionluq)
3. İngiltərə - 19 final (12 çempionluq)
4. Almaniya - 17 final (7 çempionluq)
5. Hollandiya - 8 final (6 çempionluq)
6. Portuqaliya - 9 final (4 çempionluq)
7. Fransa - 6 final (1 çempionluq)
8. Rumıniya - 2 final (1 çempionluq)
9. Şotlandiya - 2 final (1 çempionluq)
10. Serbiya - 2 final (1 çempionluq)
11. Yunanıstan - 1 final (0 çempionluq)
12. Belçika - 1 final (0 çempionluq)
13. İsveç - 1 final (0 çempionluq)
Fanat.az