İsrail - Fələstin müharibəsinin Çilidə futbola necə təsir etməsi barədə xəbər vermişdik. Məlumat üçün xatırladaq ki, 1920-ci ildə Çilinin paytaxtı Santiaqoda yaşayan azsaylı fələstinlilər tərəfindən yaradılan "Deportivo Palestino" klubu 2014-cü ildə geyinəcəyi formaları təqdim edib. Lakin formaların üzərindəki rəqəm yəhudilərin etirazına səbəb olub. Çünki forma nömrələrində istifadə olunan "1" rəqəminin forması Fələstin xalqının ürəyindəki İsrail xəritəsini xatırladır.
Bu addım yəhudi cəmiyyətinin etirazına səbəb olub. Cəmiyyət klubu terrorizmi təbliğ etməkdə suçlayıb. Ölkədəki yəhudi birliyinin rəhbəri Cerardo Qorodişçer açıqlamasında "Minlərlə kilometr uzaqlıqdakı bir siyasi gərginliyi futbola gətirərək görə biləcəyiniz tək iş bu oyunu nifrət məqsədi ilə istifadə etməyiniz olacaq" deyib. Eyni zamanda ölkədəki yəhudi dərnəkləri Çili Futbol Federasiyasından formaların qadağan edilməsini və klubun cərimələnməsini tələb edib.
Artıq Çili Futbol Federasiyası (ANFP) qərarını verib. Fanat.az xəbər verir ki, federasiya "Deportivo Palestino"nu formasının üzərinə fələstinlilərin arzularındakı xəritəni vurduğu üçün cəzalandırıb. ANFP kluba bundan sonra bu formadan istifadəyə icazə verməyəcək. Bundan əvvəlki üç matçda həmin formalar geyinildiyi üçün isə "Deportivo Palestino" 1300 dollar cərimə ödəyəcək.
Fanat.az