İkiarvadlı məşqçi jurnalistləri söydü

İkiarvadlı məşqçi jurnalistləri söydü
Yaşıl meydanlarda göstərdiyi şou hərəkətlərlə hər kəsi təəccübləndirən  Yılmaz Vural şəxsi həyatı ilə də həmişə diqqət mərkəzində olub. Fanat.az xəbər verir ki, tez-tez kameraların obyektivlərinə həyat yoldaşı (qeyri-rəsmi) Seda xanımla birlikdə poz verən Vural bu dəfə jurnalistlərə qarşı “qırmızı kart”lıq hərəkət edib.
Şəkilinin çəkildiyini gördükdə gülərək müxbirlərin üzərinə gedən Vural onları təhqir edib. “Çəkməyin. Məni də Ersun Yanal kimi “maqazin” materialı etdiniz" deyərək söyüş söyməyə başlayıb.
 
Vural söyüşlərinə davam edərkən müxbirlər ona “Yay boyunca çəkdik, çox xoşbəxt idiniz, indi nə oldu ki, hirsləndiniz” sualını verib. Sualı cavablandırmayan Vural jurnalistləri söyməyə davam edib.  
 
Türkiyə mətbuatının iddiasına görə, Vural bu yay ərzində sevgilisi Seda Şahinlə Türkiyənin Çeşmə vilayətində, rəsmi nikahlı həyat yoldaşı İsmət xanımla da Bodrumda tətil edib.
 
Xatırladaq ki, Vural şəxsi həyatı ilə bağlı açıqlamasında belə demişdi: “İki həyat yoldaşım var. Biri Almaniyada, digəri İstanbulda yaşayır. Çox yaxşı qadındılar. Onlara qıya bilmədim, ikisindən də vaz keçə bilmədim. İkisini də çox sevirəm. Bir-birlərini heç qısqanmazlar. Yaxşı dolanarlar. Birlikdə çox gözəl yaşayırıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər