III turun 40 faizi təxirə salındı

III turun 40 faizi təxirə salındı

“Qarabağ” və “Neftçi” klubları Peşəkar Futbol Liqasına müraciət ediblər. Fanat az xəbər verir ki, adıçəkilən klublar UEFA Avropa Liqasının pley-off mərhələsində çıxış etdiklərini və hər iki klubun ölkəmizi bu turnirin qrup mərhələsində təmsil etmək şansının yüksək olduğundan Topaz Premyer Liqasının III turunun “Araz Naxçıvan” – “Qarabağ” və AZAL - “Neftçi” matçlarının təxirə salınmasını xahiş ediblər. 

Yuxarıda göstərilənləri və yarışların əsasnaməsinin 3.19 bəndini nəzərə alaraq, Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının III turunun “Araz Naxçıvan” – “Qarabağ” və AZAL – “Neftçi” matçları başqa tarixə keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər