III qrup mərhələsinin püşkü atıldı

III qrup mərhələsinin püşkü atıldı
İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının III qrup mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, Milanda baş tutan mərasimdə növbəti mərhələyə yüksələn komandalar öz rəqiblərini tanıyıblar.
İtaliya, ABŞ və Rusiya yığmaları G qrupuna düşüb. Braziliya, Çin və Dominikan Respublikası H qrupunda yer alıb. III qrup mərhələsinin oyunları 8-9-10 oktyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, qruplarda ilk iki pilləni tutan komandalar yarımfinala çıxacaq. Yarımfinal oyunları oktyabrın 11-də baş tutacaq. Bir gün sonra isə 3-cü yer uğrunda oyun və final matçı keçiriləcək.

G qrupu

1

İtaliya

2

ABŞ

3

Rusiya

8 oktyabr
23.00 İtaliya - ABŞ
9 oktyabr
23.00 ABŞ - Rusiya
10 oktyabr
23.00 İtaliya - Rusiya

H qrupu

1

Braziliya

2

Çin

3

Dominikan Respublikası

8 oktyabr
20.30 Braziliya - Çin
9 oktyabr
20.30 Çin - Dominikan Respublikası
10 oktyabr
20.30 Braziliya - Dominikan Respublikası
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər