İbrahim Uzunca qələbəni kimə hsər etdi?

İbrahim Uzunca qələbəni kimə hsər etdi?
İbrahim Uzunca "Simurq"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi qələbəni klub rəhbərliyinə həsr edib:
“Daha çox çalışmağımız lazımdı. Sevindirici olan bir məqam var. Biz oyundan-oyuna daha yaxşı çıxış edirik. Milli komandanın oyunları ilə əlaqədar olaraq, yaranmış fasilədən maksimum yararlanmağa çalışacağıq. Bu sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçulara çox təşəkkür edirəm, qələbəni rəhbərliyə hədiyyə edirəm. Heyətdə gənc futbolçu çoxdu. Buna görə müəyyən çatışmazlıqlar var. Onların üzərində çalışmalıyıq. Bizim hədəfimiz yaxşı futbol oynamaq, liqada qalmaqdı. Nəticə qazanmaqla yanaşı, biz yaxşı oyun sərgiləməyi planlaşdırırıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər