İbrahim Şehiç: seriyaya davam

İbrahim Şehiç: seriyaya davam

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç ardıcıl 5-ci matçda qapısından qol buraxmayıb. Fanat.az xəbər verir ki, "quru" seriyasını 457 dəqiqəyə çatdıran bosniyalı qapıçı mövsümün 2-ci göstəricsinə yaxınlaşıb.

"Quru" seriyaya əsasən mövsümün rekordu Şehiçin komanda yoldaşı Fərhad Vəliyevə məxsusdu. Ardıcıl 5 quru oyun keçirən qolkiperin hesabında 554 dəqiqə var. Ardıcıl 4 görüşdə qol buraxmayan Pavel Kapsa isə 505-də dayanıb. O, XXX turun "Rəvan"la ev matçında 48 dəqiqə qol bursaxmasa, Pavel Kaspanı geridə qoyub ikinci pilləni ələ keçirəcək.

Qeyd edək ki, Şehiçi sonuncu dəfə XXIV turun "Neftçi" ilə matçının 83-cü dəqiqəsində Mirhüseyn Seyidov məyus edib. 

1. Fərhad Vəliyev (Qarabağ) - 554

2. Pavel Kapsa (Simurq) - 505

3. İbrahim Şehiç (Qarabağ) - 457

4. Kamran Ağayev (Bakı) - 360

5-6. David Pietrzkeviç (Qəbələ), Pavel Kapsa (Simurq) - 335

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər