AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
“Energetik” - “Şəmkir” matçında “Şəmkir” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
- Oyunun 67-ci dəqiqəsində “Energetik” klubunun futbolçusu Elçin Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
- Oyunun 89-ci dəqiqəsində “Şəmkir” klubunun futbolçusu Səftər Qafarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
- Oyunun 89-ci dəqiqəsində “Energetik” klubunun futbolçusu Elvin Əlizadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
MOİK - “Lokomotiv” matçının 45+1-ci dəqiqəsində “Lokomotiv” klubunun futbolçusu Haqverdi Yusifov öz komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
- Oyunun 73-ci dəqiqəsində MOİK klubunun futbolçuları Orxan Müzəffərli, Röyal Nəcəfov və “Lokomotiv” klubunun futbolçusu Nicat Əsgərov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər üç futbolçu 2 oyun cəzalanır klublar, 200 manat cərimə olunur (maddə 38.1).
Fanat.az