AFFA İcraiyyə Komitəsi I divizionla bağlı qərar qəbul edib. Fanat.az xəbər verir ki, aşağı liqadakı limitlə bağlı qərarını dəyişib.
Belə ki, yeni mövsümdə I divizion klublarının əsas heyətində meydana çıxacaq 11 futbolçudan 8-i 23 yaşından aşağı olmalıdı. "2014/15 mövsümündən etibarən I divizionda oynayan klubların heyətində yaşı 23-dək (1992-ci il təvəllüdlü) 8 yerli futbolçu olmalıdı" fikri qərarda əksini tapıb.
Fanat.az