Hüseynov qayıtdı, Çertoqanov gözləyir

Hüseynov qayıtdı, Çertoqanov gözləyir
Son turda AZAL-la səfərdə heç-heçə (2:2) edən "Sumqayıt" növbəti turda qarşılaşacağı "Rəvan"la oyunun hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün Sumqayıtda səhər məşqinə çıxıb. 
Zədəsini sağaldan Vurğun Hüseynov artıq komanda ilə məşqlərə başlayıb. Yüngül zədəsi olan Aleksandr Çertoqanov isə fərdi məşqlərlə kifayətlənib. "Sumqayıt" axşam saat 16.00-da növbəti məşqinə çıxacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər