Hindistanla Pakistan sülh üçün oynadı

Hindistanla Pakistan sülh üçün oynadı
Tarixləri müharibələrlə dolu olan Hindistan və Paktistan FIFA-nın start verdiyi "Sülh üçün əl-ələ" kampaniyası çərçivəsində futbol matçı keçirib. Fanat.az xəbər verir ki, iki ölkənin U-23 yığmaları qarşı-qarşıya gəlib.
İki komanda arasında Hindistanın Banqalore şəhərində iki oyun keçirilib. İlk matçda Hindistan qələbə qazanıb - 1:0. İkinci oyunda isə Paktistan 2:0 hesablı qələbəyə sevinib.
Pakistan Futbol Federasiyasının prezidenti Syed Hayat bu oyunların çox önəmli olduğunu və idman mübarizəsinin iki ölkə üçün ilham qaynağı olacağını bildirib: "Bu yoldaşlıq oyunları Hindistan və Pakistan arasındakı rəqabət səbəbindən ölkələrdə futbolun inkişafına təkan verəcək. Bu kimi oyunlar iki ölkə arasındakı münasibətləri möhkəmləndirməlidi". 
Hindistan Futbol Federasiyasının prezidenti Praful Patel isə matçların tarixi önəmindən danışıb: "Hindistan və Pakistanın U-23 komandaları ilk dəfə iki oyunda qarşılaşdı. Qarşılaşmalar iki ölkə arasında dostluğu və sülhü möhkəmləndirmək baxımından önəmlidi".
FIFA və Norveçdəki Nobel Sülh Mükafatının ortaq təşkil etdiyi "Sülh üçün əl-ələ" kampaniyasının məqsədi futbolun qlobal gücündən istifadə edərək ölkələr arasındakı münasibətləri və yaşıl meydanlardakı "fair-play" ruhunu gücləndirməkdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər