Orxan Məmmədovun “Avropa derbisi”ndə verdiyi penalti qərarı hələ çox müzakirə olunacaq. Növbəti tura təyinat almasa, təəccüblənməyin. Maraqlıdı, Xaqani Məmmədovun bütün yetirmələri turun bütün oyunlarında oxşar xətalarla söz-söhbətə səbəb olsa, nə baş verər?
Meydana fitlə çıxmağa haqqı çatanların hamısı eyni vaxtda cəzalandırılarmı? Bunu bir Tanrı bilir, bir də “yuxarıdakılar”. İstənilən halda, başqa variant da var. Məsələn, bütün hakimləri cəzalandırıb müasir texnologiyanın köməyinə bel bağlamaq olar! Olmaz? Niyə olmur ki, bura VƏTƏNDİR!
Fanat.az