Premyer Liqanın I dövrəsi başa çatdı. Fanat.az arxada qalan 9 turun 45 oyunundakı hakimlərin fəaliyyəti ilə bağlı araşdırma aparıb.
9 turun oyunlarına 9 baş hakim təyinat alıb. Ən çox oyunu Rəhim Həsənov idarə edib. FİFA referisi 8 matça təyinat alıb. Əliyar Ağayev və Vüsal Əliyev 7 oyunda meydana baş hakim kimi çıxıb. Ən az oyuna isə Səbayel Qurbanova təyinat alıb - 1.
Rəhim Həsənovla Əliyar Ağayev futbolçulara ən çox sarı vərəqə göstərən hakimlərdi. FİFA referiləri 41 dəfə əlini cibinə atmalı olub. Ramil Diniyev isə 5 oyunda 37 dəfə sarı vərəqədən istifadə edərək həmkarlarını geridə qoyub. Səbayel Qurbanova təyinat aldığı bir oyunda əlini 3 dəfə cibinə atmalı olub. 9 turda hakimlər 227 sarı vərəqədən istifadə edib.
Ən çox qırmızı vərəqə göstərən hakim Vüsal Əliyevdi. Sabiq FİFA referisi 6 futbolçunu meydandan qovub. Rəhim Həsənov isə 4 dəfə "qırmızı"ya ehtiyac duyub. Ümumilikdə 45 oyunda 17 qırmızı vərəqə göstərilib.
Penaltilərdə Ramil Diniyev öndədi. O, 3 dəfə 11 metrlik nöqtəni göstərib. Hakimlər 9 turda 9 dəfə penalti təyin ediblər.
| Baş hakim | |||||
| № | 1 | 2 | 3 | 4 | 5 |
| 1 | Rəhim Həsənov | 8 | 41 | 4 | 1 |
| 2 | Əliyar Ağayev | 7 | 41 | 2 | 1 |
| 3 | Vüsal Əliyev | 7 | 28 | 6 | 1 |
| 4 | Fariz Yusifov | 6 | 25 | 2 | 1 |
| 5 | Ramil Diniyev | 5 | 37 | 1 | 3 |
| 6 | Rauf Cabbarov | 5 | 22 | 1 | 1 |
| 7 | Elvin Əsgərov | 9 | 13 | - | - |
| 8 | Orxan Məmmədov | 3 | 17 | 1 | 1 |
| 9 | Səbayel Qurbanova | 1 | 3 | - | - |
|
| Cəmi | 45 | 227 | 17 | 9 |
| 1 – hakim, 2 – oyun, 3 – sarı vərəqə, 4 – qırmızı vərəqə, 5 – penalti. | |||||
Hakimlər Komitəsi 9 turun 45 oyununa 18 yan xətt hakimi təyin edib. Ən çox təyinatı Azər Əsgərov, Elman Musayev, Mehman Mahmudov və Vaqif Musayev alıb - 7. Mübariz Haşımov, Namiq Hüseynov, Yaşar Abbasov və Zeynal Zeynalov 4 turda iş başında olub. Akif Əmirəli isə Premyer Liqada cəmi bir dəfə təyinat alıb.
| Yann xətt hakimləri | ||
| № | Hakim | Oyun |
| 1 | Azər Əsgərov | 7 |
| 2 | Elman Musayev | 7 |
| 3 | Mehman Mahmudov | 7 |
| 4 | Vaqif Musayev | 7 |
| 5 | Mübariz Haşımov | 6 |
| 6 | Namiq Hüseynov | 6 |
| 7 | Yaşar Abbasov | 6 |
| 8 | Zeynal Zeynalov | 6 |
| 9 | Coşqun Həsənov | 5 |
| 10 | Elşən Acalov | 5 |
| 11 | Nahid Əliyev | 5 |
| 12 | Rza Məmmədov | 5 |
| 13 | İsgəndər Əliyev | 4 |
| 14 | Munis Abdullayev | 4 |
| 15 | Cavanşir Yusifov | 3 |
| 16 | Knyaz Əmiraslanov | 3 |
| 17 | Rahil Ramazanov | 3 |
| 18 | Akif Əmirəli | 1 |
45 oyunda 14 ədalət təmsilçisi dördüncü hakim kimi təyinat alıb ki, onlardan da ikisi - Elvin Əsgərovla Ramil Diniyev Premyer Liqada həm də baş hakim olub. Namiq Bəkirovla Ömər Paşayev hamıdan çox - 6 dəfə dördüncü hakim kimi təyinat alıb. Mahir Məmmədov isə cəmi bir dəfə iş başında olub.
| Dördüncü hakim | ||
| № | Hakim | Oyun |
| 1 | Namiq Bəkirov | 6 |
| 2 | Ömər Paşayev | 6 |
| 3 | İnqilab Məmmədov | 5 |
| 4 | Sərxan İsmayılov | 4 |
| 5 | Feyzulla Feyzullayev | 3 |
| 6 | Ramiz Məhərrəmov | 3 |
| 7 | Tahir Əhmədov | 3 |
| 8 | Teymur Fərhadov | 3 |
| 9 | Ziya Nəsirov | 3 |
| 10 | Elvin Əsgərov | 2 |
| 11 | Ramil Diniyev | 2 |
| 12 | Ramil Əhmədov | 2 |
| 13 | Xəlil Hüseynli | 2 |
| 14 | Mahir Məmmədov | 1 |
Cari mövsümdən etibarən Hakimlər Komitəsi 6 hakimli sistemin tətbiqinə başlayıb. 9 turdan 8-də 2, VIII turda isə 3 oyuna 6 hakim təyin edilib. Beləliklə, 19 oyunu 6 hakim idarə edib. Premyer Liqada baş hakim kimi təyinat almış ədalət təmsilçilərindən Vüsal Əliyev, Fariz Yusifov, Rəhim Həsənov, Əliyar Ağayev, Elvin Əsgərov, Rauf Cabbarov, Orxan Məmmədov və Ramil Diniyev həm də əlavə hakim kimi meydana çıxıb. Ən çox təyinat isə Feyzulla Feyzullayevə verilib - 7.
| Əlavə köməkçi hakimlər | ||
| № | Hakim | Oyun |
| 1 | Feyzulla Feyzullayev | 6 |
| 2 | Elvin Əsgərov | 5 |
| 3 | Ramil Əhmədov | 5 |
| 4 | Vüsal Əliyev | 5 |
| 5 | Fariz Yusifov | 4 |
| 6 | Rauf Cabbarov | 4 |
| 7 | Rəhim Həsənov | 4 |
| 8 | Orxan Məmmədov | 3 |
| 9 | Əliyar Ağayev | 1 |
| 10 | Ramil Diniyev | 1 |