"Lans"ın sahibi Hafiz Məmmədovun şəkli əks olunan plakatın başının üzərində bu sözləri oxumaq olar: "Mən Hafiz Məmmədovam. "Lans"ın səhmdarı idim". Fanat.az xəbər verir ki, plakatın alt hissəsində "Hafiz məni öldürdü", - yazısı əks olunub.
Bu plakatları klubun ultrafanat qrupu "Qırmızı Pələnglər" şəhərin divarlarına yapışdırıblar.
Doğrudu, fanat qrupu bunu yumor hissi kimi qələmə verib. Lakin Fransa mətbuatı əmindir ki, onlar yerli polislə problem yaşamamaq üçün bu cür açıqlama veriblər. Axı "Qırmızı Pələnglər" onsuz da başıbəlalı təşkilat hesab olunur.
Fanat.az