"Heç nə demək istəmirəm. Belə oyunlar haqda danışmırlar. Heç bir "Böyük oyun"dan söhbət gedə bilməz, təəssüf ki, yenə adi oyun idi". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan (2:2) sonra "Neftçi"nin baş məşşqçisi Böyükağa Hacıyev deyib.
"Neftçi"nin çalışdırıcısı matçın baş hakimini ittiham edib: "Təəssüf ki, Rəhim Həsənov bizdən üç xalı qopardı. İxtiyarı olsaydı, "Neftçi"nin 11 oyunçunu da meydandan qovardı. 3 xalı Rəhim Həsənov əlimizdən alıb apardı".
Hacıyev Cənubi Kiprdə belə bu problemlərlə üzləşmədiklərini bildirib: "Cənubi Kiprdə APOEL-lə oyunda bu qədər problem yaşamamışdıq. Maşının şüşəsini sındırdılar, təhqir etdilər, daş atdılar.... Mən fikirləşirdim ki, naxçıvanlılarla talışların oxşar cəhəti var. Ancaq indi qətiyyətlə deyirəm ki, heç bir oxşarlıq yoxdu. Rəhim Həsənovu Allaha tapşırıram".
Fanat.az