Hacı Əliyev Avropa çempionu oldu - FOTOLAR

Hacı Əliyev Avropa çempionu oldu - FOTOLAR
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, çempionatın ikinci günündə 57 və 61 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər mübarizə aparıb. Azərbaycan idmançıları ikinci günü bir qızıl medalla yekunlaşdırıb:
57 kq çəki dərəcəsində yarışan Qalib Əliyev mübarizəyə birbaşa 1/4 finaldan başlayıb. Onun rəqibi Gennadi Tulbea (Monako) olub. Güləşçimiz 6:5 hesabıyla öndə olsa da, rəqibi uğurlu fənd işlədərək təmiz qələbə qazanıb. Qalib təmsəlliverici görüşdə erməni Qarik Barseqyana da uduzaraq, mübarizəni medalsız başa vurub.
1/4 final: Qalib Əliyev - Gennadi Tulbea (Monako) 6:7
Təsəlliverici görüş: Qalib Əliyev - Qarik Barseqyan (Ermənistan) 1:4
61 kq-da yarışan Hacı Əliyev 1/8 finalda almaniyalı Aleksandr Semisorovla qarşılaşıb və 14:4 hesablı qələbə qazanıb. Güləşçimiz bu dəfə gürcü Beka Lomtadzeni sıradan çıxarıb - 12:6. Yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptar ilə gərgin keçən qarşılaşmanı da 9:7 öz xeyrinə başa vuran Hacı finala vəsiqə qazanıb. Finalda onun rəqibi Rusiya təmsilçisi Bekxan Qoyqereyev olub. Güləşçimiz 12:5 hesablı qələbə qazanaraq Avropa çemionu tituluna yiyələnib.
1/8 final: Hacı Əliyev - Aleksandr Semisorov (Almaniya) 14:4
1/4 final: Beka Lomtadze (Gürcüstan) - Hacı Əliyev 6:12
1/2 final: Vasil Şuptar (Ukrayna) - Hacı Əliyev 7:9
FİNAL: Bekxan Qoyqereyev (Rusiya) - Hacı Əliyev 5:12
53 kq çəki dərəcəsində mübarizə aparan Patimat Baqomedova 1/8 finalda alman Laura Mertensi sıradan çıxarıb. Təmsilçimizin növbəti rəqibi yunan Mariya Prevolaraki olub. Bu dəfə 0:4 hesabı ilə yenilən Patimat mübarizəni dayandırıb. Rəqib finala qədər irəlilədiyindən təmsilçimiz təsəlliverici görüşə qatılıb və İtaliya güləşçisi Françeska Morini tam üstünlüklə (10:0) məğlub edib. Patimatın bürünc medal uğrunda görüşdə rəqibi rumın Anna Paval olub. Hesab bərabər olsa da təmsilçimiz xəbərdarlıq aldığına görə görüşü məğlub başa vurub.
1/8 final: Patimat Baqomedova - Laura Mertens (Almaniya) 7:2
1/4 final: Patimat Baqomedova - Mariya Prevolaraki (Yunanıstan) 0:4
Təsəlliverici görüş: Françeska Mori (İtaliya) - Patimat Baqomedova 0:10
Bürünc medal görüşü: Patimat Baqomedova - Anna Paval (Rumıniya) 1:1*
60 kq-dakı qadın güləşçimiz Yuliya Ratkeviçin 1/8 finalda rəqibi macar Ramano Qalamboş olub və 6:1 hesablı qələbə qazanıb. O, 1/4 finalda Taybe Yuseinə uduzub - 4:8.
1/8 final: Ramano Qalamboş (Macarıstan) - Yuliya Ratkeviç 1:6
1/4 final: Taybe Yusein (Bolqarıstan) - Yuliya Ratkeviç 8:4
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan 1 qızıl, 2 gümüş medal qazanıb. Mariya Stadnik (48 kq) yarışın qalibi olub, Xetaq Qazyumov (97 kq) və İrina Netreba (58 kq) finalda uduzub. Olimpiya çempionumuz Toğrul Əsgərov isə ilk mərhələdə uduzub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər