“Space” telekanalında Tural Xudiyevin təqdimatında hər həftə futbolsevərlərin görüşünə gələn “QOL” verilişinin budəfəki buraxılışını izləmək üçün yuxunuzu bir fincan qəhvəylə qaçırmağa çalışın.
Neftçi Bakını daha çox nədə üstələdi? Milinko Pantiçin açıqlamaları əslində nəyə xidmət edir? Yerli mütəxəssislər əcnəbilərdən hansı cəhətlərinə görə geri qalır? "Xəzər Lənkəran"ın təyyarəsinin alınması nəyə görə ləngiyib? Ağasəlim Mircavadov:"Mənim vaxtımda da bu məsələ gündəmdə idi. Amma..." Mahir Rüstəmli oruc tutan futbolçulara iradını necə əsaslandırdı? Premyer Liqanı hansı klub tərk edəcək və ya edəcəkmi? Bütün bunlar "QOL" verilişinin gecə 00-30-da efirə gedəcək buraxılışında.
Fanat.az