Gözlənilən oldu, "Fənər" 3 xal qazandı

Gözlənilən oldu, "Fənər" 3 xal qazandı

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, toplantıda Superliqanın XXIV turunda yarımçıq qalan “Trabzonspor” – “Fənərbaxça” oyunu ilə bağlı məsələ müzakirə olunub.

 Martın 10-da “Avni Aker” stadionunda keçirilən və İstanbul təmsilçisinin 1:0 hesabı ilə öndə olduğu qarşılaşma 45+9-cu dəqiqədə dayandırılmışdı. 

 Həmin vaxt arenada yaşananları nəzərə alan komitə meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verib. Bu qəraradək hesabında 1 oyun az olmasına baxmayaraq, liderlik edən “Fənərbaxça” aldığı qələbə ilə izləyicilərindən daha da uzaqlaşıb.

 Superliqanın sonuna 6 tur qalmış liderin hesabında 63, “Qalatasaray”ın isə 53 xalı var.

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər