Topaz Premyer Liqasının XXII turunda "Qarabağ"la qarşılaşacaq "Rəvan" oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, "Bayıl Arena"da çalışmalarını davam etdirən komanda həftəiçi keçiriləcək qarşılaşmaya hazırlaşır.
Baş məqşçi Güvənc Kurtarın rəhbərliyi altında keçirilən məşqlərdə komandanın bütün üzvləri iştirak edir. Hüseyn Axundovun cəzasını başa vurması məşqçilər korpusunu sevindirir. Sevindirici məqam həm də Aqil Nəbiyevin sağalması və Tofiq Mikayılovun artıq komanda ilə birgə tam məşqlərə başlamasıdı.
Fanat.az