Güvənc Kurtar "İnter"lə oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın türk baş məşqçisi matçın baş hakimi Rauf Cabbarovdan narazılıq edib:
"Oyunun böyük hissəsini azlıqda oynamağımıza baxmayaraq, yaxşı mübarizə apardıq. Bu cür güclü rəqibə qarşı azlıqda yaxşı oynadıq. Qapı dirəyinə tuş gələn zərbəmiz oldu. Hakimin qəribə qərarları var idi. Topa oynayan futbolçularımızda sarı vərəqələrlə qorxu yaratdı. Mübahisəli vəziyyətlərdə “İnter”in lehinə qərarlar verirdi. Qələbə qazanmağı çox istəyirdik. Bu cür məğlubiyyət üzücüdü, lakin futbolçularımı oyuna görə təbrik edirəm. Uğurlu əvəzetmələrlə oyuna müdaxilə etsək də, 94-cü dəqiqədəki 11 metrlik cərimə zərbəsi planlarımızı pozdu".
Fanat.az