"Bizi çətin oyun gözləyir. Maraqlı və gərgin matç olacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar deyib.
"Rəvan" XXIX turda sonuncu pillədə qərarlaşmış "Sumqayıt"ı qəbul edəcək. Rövnəq Abdullayevin son açıqlamasından sonra turnir cədvəlinin son pillələrində qərarlaşmış klublar narahat olmağa başlayıb. Bu matç isə 10-cu yerin sahibini müəyyənləşdirmək baxımından əhəmiyyətlidi: "Bir komandanın Premyer Liqanı tərk edəcəyi məlum olduqdan sonra, bu oyunun əhəmiyyəti artıb. Yerimizi qorumaq üçün bizə qələbə lazımdı".
Fanat.az