Gürcüstanda qalmaqal: 8 hakim həbs edildi

Gürcüstanda qalmaqal: 8 hakim həbs edildi
Gürcüstan Futbol Federasiyasının Hakimlər Komitəsinin qərarına əsasən 8 hakimə ömürlük cəza verilib. Fanat.az xəbər verir ki, hakimlər bukmeker kontorları ilə əlaqədə ittiham olunur.
Gürcüstan Daxili İşlər Nazirliyi həmin hakimləri həbs edib. Onların arasında FIFA referisinin də olduğu bildirilir.  
 
İstintaqın araşdırmalarına görə, hakimlər oyun ərzində nə qədər sarı və qırmızı vərəqə göstərəcəklərini əvvəlcədən müəyyən şəxslərlə razılaşdırır və buna görə pul alırlarmış.
 
Məlumata görə, hər qarşılaşma üçün ödənilən vəsait 2500-5000 ABŞ dolları arasında olub. Hazırda hakimlərə pul ödəyən şəxslər haqda da araşdırma aparılır.  
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər