Görünməmiş cəza: 70 oyun

Görünməmiş cəza: 70 oyun
Dünya futbolu tarixinin ən böyük cəzası verilib. Fanat.az xəbər verir ki, Avstriyanın beşinci liqasında yarışan "SK Rum"un türk əsilli avstriyalı futbolçusu İsmayıl Gündüz 70 oyunluq cəzalanıb.
Belə ki, o, "Qərbi İnsburk"la matçın 86-cı dəqiqəsində ikinci sarı vərəqəni alan zaman hakimə başla zərbə endirib. Nəticədə futbolçu 70 oyunluq cəzalandırılıb. Bu isə dünya futbolu tarixində oyunçuya verilən ən ağır cəzadı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər