Türkiyə Superliqasında XXVIII turun oyunlarına start verilib. Fanat.az xəbər verir ki, milli komandamızın legioneri Ali Gökdəmirin çıxış etdiyi “Elazığspor” səfərdə autsayderlərdən olan “Ərciyəspor”la qarşılaşıb.
Qonaqlar darmadağına üzülüb – 0:3. Gökdəmirin adı ardıcıl 3-cü oyunda da “18-liy”ə daxil edilməyib. “Elazığspor” artıq autsayderlər zonasındadı. Komanda 17-ci pilləyə yuvarlanıb.
Fanat.az