"İnter"in rəsmi saytı maraqlı xəbər yayıb. Fanat.az xəbəri olduğu kimi təqdim edir:
“İnter” - “Rəvan” matçının təxirə salınması, deyəsən “bankirlər”in prezidentinin anadangəlmə pessimistliyilə əlaqəsi var. Belə ki, qeyri-rəsmi görüşdə Nikolov demişdi: “Nəsə qələbəyə inanmıram. Martın sonunda qış çovğunu olacağı daha inandırıcıdı, nəinki “Rəvan” üzərində qələbə...". Yekunda hər ikisi oldu ki, bu da Nikolovun bəsirətini şübhə altına aldı".
Qeyd edək ki, "İnter"in rəsmi saytı hər il aprelin 1-də zarafat məqsədli xəbərlər yayır. Bu xəbərin də 1 aprel zarafatı olması inandırıcıdı.
Fanat.az