Georgi Çixradze "Qarabağ"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Simurq”un baş məşqçisi "qara zolaq"da olduqlarını deyib:
"Qara zolaq" davam edir. Çempionata yaxşı başladıq. 2 qələbə qazansaq da, 3 dəfə uduzmuşuq. Ardıcıl məğlubiyyətlər komandaya pis təsir edir. Rəqibimiz “Qarabağ” güclü komandadı. Oyunda keyfiyyət özünü göstərdi. Bu oyunda heç-heçə bizim üçün yaxşı nəticə ola bilərdi. “Qarabağ” matça qarışıq heyətlə çıxmışdı. Buna baxmayaraq, təəssüf ki, qol vura bilmədik. Heyətimizdə İlkin Qırtımov və Draqan Çeran kimi futbolçuların olmaması oyuna və nəticəyə təsirsiz ötüşmədi".
Fanat.az