Georgi Çixradze kimlərdən imtina edir?

Georgi Çixradze kimlərdən imtina edir?

Mövsümün sonu yaxınlaşdıqca baş məşqçilər imtina edəcəkləri futbolçuları da müəyyənləşdirir. Fanat.az xəbər verir ki, "Simurq"un baş məşqçisi Georgi Çixradze artıq iki futbolçu ilə bağlı qərarını verib.

Mindauqas Kalonas və Usim Ndukanın xidmətində maraqlı deyil. Əslində hər iki futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Zaqatala klubu onlarla yeni anlaşma imzalamamaqla bağlı qərar qəbul edib.

Futbolçuların gediş səbəbi fərqlidi. İntizamsızlığı ilə diqqət çəkən Kalonas "Bakı"da məhz bu səbəbdən saxlanılmamışdı və "Simurq"a icarəyə verilmişdi. Zaqatala klubuna gəldiyi gündən xarakterini biruzə verən Litva millisinin üzvünün hətta məşqlərə belə qatılmadığı deyil. Çixradzenin 5 oyunda 217 dəqiqə oynatdığı legioner qol da vura bilməyib. 

Qışda Türkiyənin "Tavşanlı Linyitspor" klubundan ayrılan Ndukanın dərdi isə başqadı. Millimizin üzvü gəldiyi gündən zədədən əziyyət çəkir. Bunun nəticəsidi ki, o, "Simurq" formasını geyinərək meydana çıxa bilməyib. Belə olan halda Çixradze veteran müdafiəçini komandada saxlamaq istəmir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər