George Çixradze: "Qol imkanlarından maksimum faydalandıq"

George Çixradze: "Qol imkanlarından maksimum faydalandıq"
George Çixradze "Xəzər Lənkəran"la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un baş məşqçisi qol imkanlarından maksimum yararlandıqlarını deyib:
"Çox çətin oyun oldu. Qarşılaşma gərgin keçdi, komandalar əzmkar oyun göstərdi. Futbolçular sonadək mübarizə apardılar. Yaratdığımız qol imkanlarından maksimum faydalandıq. Daha bir neçə qol imkanımız oldu, təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Çox vacib 3 xal qazandıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər