Gənc "bankirlər" təşəkkür aldı

Gənc "bankirlər" təşəkkür aldı

Bu gün "Şəfa" stadionunun mətbuat konfransı zalında "İnter" komandasının direktoru Natiq Məmmədov əvəzedici heyətin məşqçi heyəti və futbolçularıyla görüş keçirib. Fanat.az xəbər verir ki, əvəzedici komandanı son matçda qazanılmış qələbə münasibəti ilə təbrik edən Məmmədov "bankirlər"in qarşısında dayanan məqsədə doğru inamla addımlamasının önəmli olduğunu vurğulayıb.Əvəzedici heyətin baş məşqçisi Rüstəm Əliyev komandanın hazırlığı barədə məlumat verib, turnir cədvəlindəki mövqelərini qorumağa çalışacaqlarını və klub rəhbərliyinə komanda üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.Görüşdə digər cari məsələlər də müzakirə olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər