"Qarabağ"ın gürcü futbolçusu Nikolas Gelaşvili oynamağa hazırdı. Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Klub rəsmisi bildirib ki, gürcü forvard artıq kollektiv məşqlərə başlayıb: "Gelaşvilinin durumu yaxşıdı. Artıq kollektiv məşqlərə başlayıb və oynamağa hazırdı. Baş məşqçi Qurban Qurbanov şans versə, AZAL-a qarşı oynaya biləcək".
Fanat.az