Dünya çempionatı yaxınlaşdıqda yığma komandaların turnirdə geyinəcəyi formalar da ictimaiyyətə təqdim olunur. Fanat.az xəbər verir ki, artıq ABŞ millisinin mundialda geyinəcəyi formaların təqdimatı keçirilib.
Lakin yeni formalar Amerikada birmənalı qarşılanmayıb. Çünki yığmanın geyimi Fransa bayrağına çox bənzəyir. Bu isə ölkədə etirazlara səbəb olub. Həmçinin Hollandiya və Rusiyanın formalarına bənzəyən yeni geyimləri hazırlayan "Nike" şirkətindən ABŞ-ın rənglərindən istifadə etdiklərini və etirazların səbəbini anlamadıqlarını bildiriblər.
Qeyd edək ki, millimizin baş məşqçisi Berti Foqts ABŞ yığmasına məsləhətçi təyin olunub.
Fanat.az