İsveç çempionatında XXVII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Emin Nurinin çıxış etdiyi "Kalmar" "Helsinqborq"un qonağı olub.
Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emin meydana start heyətində çıxıb və 78-ci dəqiqədə Mans Soderqvist tərəfindən əvəzlənib.
Qeyd edək ki, Emin 44 gündən sonra meydana dönüb. Belə ki, millimizin avqustun 20-da Özbəkistanla keçirdiyi oyuna dəvət alan və ilk yarının fasiləsində meydana çıxıb son dəqiqədə zədələnən futbolçu həmin vaxtdan sonra oynaya bilməmişdi.
Fanat.az