Berti Foqtsun Özbəkistanla oyuna çağırdığı Emin Nuri özünə gələ bilmir. Fanat.az xəbər verir ki, türk əsilli futbolçu "Kalmar"ın 2 oyununu buraxıb.
İlk dəfə milliyə çağırılan və Özbəkistanla oyunda bəyənilməyən Eminin həmin matçın sonunda zədə almışdı. Bu səbəbdən o, "Gelfe" və "Göteborq"la oyunları buraxmalı olub.
Qeyd edək ki, Emin bu mövsüm komandasının 16 oyununda meydana çıxıb və 1430 dəqiqə oynayaraq 1 qol vurub.
Fanat.az