Foqtsun daha 2 seçimi müəyyənləşdi

Foqtsun daha 2 seçimi müəyyənləşdi

Berti Foqtsun mayın 28-də San-Fransiskoda ABŞ yığmasına qarşı keçiriləcək yoxlama oyunu üçün dəvət göndərdiyi daha iki futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, alman çalışdırıcı "Sumqayıt"dan Vurğun Hüseynovla Pərdis Fərcad-Azadı yığmaya çağırıb.

Qeyd edək ki, Foqtsun dəvət göndərdiyi 24 futbolçunun adı bundan əvvəl müəyyənləşmişdi. Baş məşqçi "Qarabağ"ın 7, "Neftçi"nin 5, "Bakı" və "İnter"din 4, "Qəbələ" və "Xəzər Lənkəran"ın 2 üzünü toplanışa çağırıb.

Qapıçılar: Kamran Ağayev (Qəbələ), Səlahət Ağayev (İnter), Fərhad Vəliyev (Qarabağ), Aqil Məmmədov (Bakı).

Müdafiəçilər: Rəşad Sadıqov, Bədəvi Hüseynov, Maksim Medvedev, Qara Qarayev (hamısı "Qarabağ), Şəhriyar Əlyev (Bakı), Vladimir Levin (Qəbələ), Ruslan Əmircanov (İnter), Elvin Yunuszadə (Neftçi), Rasim Ramaldanov (Xəzər Lənkəran), Vurğun Hüseynov (Sumqayıt).

Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Mahir Şükürov, Araz Abdullayev (hamısı "Neftçi"), Hacı Əhədov (Qarabağ), Cavid Hüseynov (Bakı), Abdulla Abatsiyev (İnter), Rahid Əmirquliyev (Xəzər Lənkəran). Pərdis Fərzad-Azad (Sumqayıt).

Hücumçular: Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Bakı), Vaqif Cavadov (İnter), Ruslan Qurbanov (Neftçi).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər