Foqtsun bəhanəsi hazırdı

Foqtsun bəhanəsi hazırdı
"Rəqib bizi buraxdığımız iki səhvə görə cəzalandırdı. Birinci hissədə öz oyunumuzu göstərə bilmədik. Amma sonradan daha yaxşı oynamağa başladıq. Hətta qol da vurduq. 70 dəqiqə bərabər səviyyəli mübarizə getdi. Lakin sonradan irəli getməyə gücümüz çatmadı". Fanat.az xəbər verir ki, bu sözləri Bolqarıstanla oyundan (1:2) sonra milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Alman çalışdırıcı müdafiədəki problemləri bəhanə edib: "Müdafiədə çətinliklərimiz vardı. Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçu yox idi. Elnurun oyun təcrübəsi olmadığından dəvət olunmamışdı. Digər oyunçularımızda da məhz təcrübə çatmadı".
Foqts "Neftçi" ilə "Qarabağ"ın 3-cü turdakı oyunlarını təxirə salınmasını da bəhanə edib: "10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklarda oynayan klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər