Millimizin baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmanın məsləhətçisi qismində vəzifələri müəyyənləşib. Fanat.az xəbər verir ki, alman çalışdırıcı DÇ-nin qrup mərhələsində amerikalıların rəqibləri olan komandaların oyununu izləyəcək və yığmanın məşq planını tərtib edəcək.
Bu arada Foqts Almaniya mətbuatına açıqlama verərək yeni işi barədə danışıb: "ABŞ millidəsinki işimi çox dəqiq görməyə çalışacağam. Yurgen Klinsmanın mənim məsləhətimə ehtiyacı olan zaman öz fikrimi deyəcəm. Vəzifələrimdən biri final mərhələsinin qrup oyunları zamanı ABŞ-ın rəqiblərinin görüşünü izləmək olacaq".
Qeyd edək ki, ABŞ yığması DÇ-2014-ün final mərhələsində Almaniya, Portuqaliya və Qana ilə eyni qrupda yer alıb.
Fanat.az