Foqtsdan acı etiraf: "Həm sürətdə, zəm də taktikada uduzduz"

Foqtsdan acı etiraf: "Həm sürətdə, zəm də taktikada uduzduz"

"Rusiyanı qələbə münasibəti ilə təbrik edirəm. Onlar bizdən güclü idi və nəticədə də bunu göstərdi". Fanat.az xəbər verir ki, bu sözləri Rusiya ilə oyundan sonra milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

0:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında danışan alman çalışdırıcı oyunu dəyərləndirib: "Rusiyadan həm sürətdə, zəm də taktiki cəhətdən geri qaldıq. Futbolçular görmək istəmədiyim səhvlərə yol verdilər. Belə oyunlarda eksperimentlər aparırıq. Yoxlama oyunları da məhz bunun üçündü".

"Özbəkistan və Rusiya ilə oyunlar göstərdi ki, yığmamızın AÇ-2016-nın final mərhələsinə çıxmaq istəyi ciddi deyil. Siz hələ də əvvəlki fikrinizdə qalırsız" sualına Foqtsun cavabı belə olub: "Mən fikirimdə qalıram. Biz final mərhələsinə çıxmaq üçün mübarizə aparacağıq. Xüsusən, ev oyunlarında yaxşı oynayırıq. Mən komandama inanıram. Əsas odu ki, mövcud problemləri gördük və onları aradan qaldırmaq imkanımız olacaq".

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər