Foqts "Böyük oyun"dan danışdı

Foqts "Böyük oyun"dan danışdı
Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” - “Neftçi” oyununu izləyən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts qarşılaşma ilə bağlı AFFA-nın rəsmi saytına açıqlama verib. Fanat.az xəbər verir ki, alman mütəxəssis "Neftçi"nin üstün tərəf olduğunu bildirib:
"Ümumilikdə oyun yaxşı səviyyədə keçdi. Heç-heçə "Xəzər Lənkəran" üçün uğurlu nəticə oldu. "Neftçi" oyunda üstün tərəf idi. Bununla belə, "Xəzər Lənkəran"ın da futbolçularının mübarizliyini qeyd etmək lazımdı. Onlar sona qədər təslim olmadılar və son dəqiqələrdə hesabı bərabərləşdirdilər. Futbolda heç zaman məğlubiyyətlə barışmaq olmaz".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər