Berti Foqts Mahir Şükürovla Vaqif Cavadovun milliyə çağırılmamasının səbəbini açıqlayıb. Fanat.az xəbər verir ki, alman çalışdırıcı hər iki futbolçunun fiziki hazırlığından narazı qaldığını deyib:
"Mənə elə gəlir ki, oyun ərəfəsində belə suallar vermək düzgün deyil. Bu suala mütləq cavab verəcəm. Onların fiziki hazırlığı xoşuma gəlmir. Türkiyənin ikinci liqasında çıxış etsələr də, son toplanışda onların daha yaxşı hazırlaşmalarına ehtiyac olduğunu gördüm. Bilirsiz ki, AVRO-2020-nin bəzi oyunları Bakıda keçiriləcək. Biz artıq indidən gənclərə yol açmalı, onlara oynamaq imkanı yaratmalıyıq".
Fanat.az