Foqts ABŞ yığmasında debüt etdi - FOTO

Foqts ABŞ yığmasında debüt etdi - FOTO
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ABŞ yığmasında debüt edib. Fanat.az xəbər verir ki, Amerika təmsilçisinə baş məşqçinin məslətəçisi təyin olunan almaniyalı mütəxəssis bu komandanın Meksika ilə görüşündə də iş başında olub.
Foqtsun mayın 27-də baş tutacaq ABŞ - Azərbaycan oyunundan sonra yeni vəzifəsinin icrasına başlayacağı gözlənilsə də, almaniyalı indidən sabiq yetirməsi Yurgen Klinsmannın yanında olmağı lazım bilib. Belə ki, yığmamızın baş məşqçisi Finiks şəhərində keçirilən görüşdə iştirak edib.
Foqts şəhər universitetinin stadionunda baş tutan matçı tribunadan izləyib. Yeni komandasını müşahidə edən mütəxəssis 2:2 hesabı ilə başa çatan oyundan müəyyən nəticələr çıxarıb və bunları Klinsmannla bölüşəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər