Foqts 69-un öhdəsindən gələcəkmi? -30 cəhddə - 30

Foqts 69-un öhdəsindən gələcəkmi? -30 cəhddə - 30

Sabah “Bakcell Arena”da Bolqarıstanla üz-üzə gələcək milli sayca 208-ci matçını keçirəcək.  İlk oyununa 1992-ci ildə sentyabrın 17-də Gürcüstanla səfərdə çıxan (3:6) seçməmiz 5 dəfə DÇ-lərin, 5 dəfə AÇ-lərin seçmə mərhələrində iştirak edib. Fanat.az xəbər verir ki, sabahkı qarşılaşma millimizin alman çalışdırıcısı Berti Foqtsun Azərbaycanın baş məşqçisi qismində 69-cu oyunudu. 2008-ci ilin yazından komandamızın “sükanını fırlayan” 68 yaşlı mütəxəssis indiyədək 68 qarşılaşmada iş başında olub.

 

Foqtslu yığma 15 qələbə, 22 heç-heçə və 31 yenilgiylə yadda qalıb. Dünya və Avropa çempionunun rəhbərliyi dönəmində yığmamız 54 qol vurubsa, 94 dəfə rəqiblərinin qapı torunu silkələməsinə üzülüb.

 

İndiyə qədər 3 seçmə mərhələdə təmsilçimizi oyunlara çıxaran avropalı 30 belə oyunu texniki zonadan izləyib. Foqts 3 tsikldə 4 qələbə, 9 heç-heçə və 17 məğlubiyyəti adının önünə yazdırıb. Maraqlıdı ki, əcnəbi mütəxəssisin dönəmindəki top fərqi də 30-du. Yığmamız 21 qol vurubsa, rəqibləri 51 dəfə komandamızı oyuna mərkəzdən başlamağa məcbur edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər