"Son oyunlarda istədiyimiz nəticələri qazana bilməmişik. Bununla belə məqsədimiz dəyişməyib. Sona kimi yalnız çempionluq uğrunda oynayacağıq". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo deyib.
Braziliyalı futbolçu klubun rəsmi saytına açıqlamasında "Sumqayıt"la oyundan danışıb: "Sumqayıt"ın turnir cədvəlində hansı mövqedə qərarlaşması vacib deyil. Əgər qələbə qazanmaq istəyiriksə, sonadək mübarizə aparmalıyıq. Düzdü, əsas heyətdən Mahir Şükürov, Bruno Bertuççi və Karlos Kardoso cəzalı olmaları səbəbindən bu matçda meydana çıxa bilməyəcəklər. Bununla belə onların yoxluğunu hiss etdirməməyə çalışacağıq. Səfər oyunu olmasına baxmayaraq inanıram ki, qələbə qazanacağıq".
Fanat.az