"Mançester Yunayted"in azarkeşləri "Vilyareal" - "Real" (0:2) matçında qeyri-adi təşkilatçılıqla qeyd olublar. Fanat.az xəbər verir ki, "Qırmızı şeytanlar"ın fanatları "El Madriqal"ın üzərindən təyyarə uçuşunu təmin ediblər.
Təyyarədən banner sallayan "MY"-sevərlər "Ronaldo, evinə qayıd"! - yazısı ilə diqqətləri çəkiblər.
Qeyd edək ki, portuqaliyalı futbolçu əvvəllər bir neçə dəfə "Mançester Yunayted"in sıralarına dönmək istədiyini bildirib.
Fanat.az