Falkaonun keçidi rəsmiləşdi

Falkaonun keçidi rəsmiləşdi

Kolumbiyalı hücumçu Radamel Falkao icarə əsasında Fransa "Monako"sundan "Mançester Yunayted"ə keçib. Fanat.az xəbər verir ki, anlaşma 1 mövsümü əhatə edəcək.

Futbolçu keçidini bu cür şərh edib: ""MY" formasını geyinəcəyimə görə, özümü xoşbəxt hiss edirəm. Səbirsizliklə debüt etməyimi gözləyirəm. Çox şadam ki, Lui Van Qalla işləyəcəyəm".

Qeyd edək ki, Falkao "Monako"ya 2013-cü ildə keçib və 22 oyunda 13 qola imza atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər