"Monako"nun ulduzu Radamel Falkaodan şad xəbər gəlib. Fanat.az xəbər verir ki, kolumbiyalı ulduz dünya çempionatında iştirak edə biləcək.
Bu barədə "Monako"nun baş məşqçisi Klaudio Ranyeri məlumat verib. "Canal+"a danışan italyan mütəxəssis Falkaonun sürətlə sağaldığını bildirib: "Falkao inanılmaz bir insandı. İndi əvvəlkindən daha yaxşı və gümrahdı. Qaçışa başlayıb və zədəsi sürətlə sağalır. Bu şəkildə davam etsə, dünya çempionatında oynaya biləcək".
Falkao özü də mundiala qatılacağına ümid edir: "Ümid edirəm ki, dünya çempionatında oynaya biləcəm. Düzdü, bunu demək hələ tezdi. Hər şey yaxşı gedir. Hazırda proqnozların bir az önündəyəm".
Fanat.az