Falkaodan şad xəbər: DÇ-yə yetişə biləcək?

Falkaodan şad xəbər: DÇ-yə yetişə biləcək?
Radamel Falkaodan şad xəbər gəlib. Fanat.az xəbər verir ki, "Monako"nun rəsmi saytı kolumbiyalı ulduzun durumu ilə bağlı rəsmi saytı vasitəsilə məlumat yayıb.
Məlumatda bildirilir ki, Falkaonun müalicəsinin ilk mərhələsi Portudakı klinikada başa uğurla çatıb. İkinci mərhələ isə Madriddəki məşhur klinikaların birində aparılacaq.
Falkaonu əməliyyat edən portuqaliyalı həkim Joze Karlos Noronya da ümidli açıqlamalar verib. Həkim bildirib ki, kolumbiyalı ulduzun zədəsi sürətlə sağalır. O, hətta futbolçunun DÇ-2014-ə qatılmaq ehtimalının olduğunu da deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər