21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, bu gecə 7 oyun baş tutub.
Sloveniya səfərdə Estoniyanı, İsveçrə evdə Latviyanı 7:1 hesabı ilə yenib. Şotlandiya səfərdə Lüksemburqa, Ukrayna evdə Lixtenşteynə 3:0, Macarıstan Bosniya və Hersoqovinaya rəqib meydanında 4:1, Slovakiya Hollandiyaya 1:0 hesabı ilə qalib gəlib. Günün son oyununda Fransa İslandiyanı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi gələn ilin 17-30 iyun tarixlərində Çexiyada keçiriləcək. Turnirdə 8 komanda iştirak edəcək. Qrup mərhələsinin 10 qalibi və ən yaxşı 4 ikinci pley-off mərhələsinə vəsiqə qazanacaq. "Pley-off"un 7 qalibi Çexiya ilə birlikdə yarışın final mərhələsinə vəsiqə əldə edəcək.
Seçmə mərhələnin son 15 oyunu bu gün keçiriləcək. Milli komandamız 1-ci pilləni çoxdan təmin etmiş Portuqaliyanın qonağı olacaq. Aktivində 7 xal olan komandamız ikincilik şansını da itirib. U-21 ən yaxşı halda 3-cü pilləni tuta bilər ki, bunun üçün də Portuqaliyanı yenmək vacibdi.
AVRO-2015 (U-21)
Seçmə mərhələ
8 sentyabr
2-ci qrup
Estoniya - Sloveniya 1:7
Qollar: Frank Livak, 83-pen - Nemanya Mitroviç, 16. Andraş Sporar, 18-pen. Blaş Vrhoveç, 27. Benjamin Verbiç, 32. Luka Kraynç, 63. Dino Hotiç, 80; 89.
Turnir cədvəli: Danimarka - 23. Rusiya - 19. Sloveniya - 17. Bolqarıstan - 9. Estoniya - 9. Andorra - 1.
3-cü qrup
Lüksemburq - Şotlandiya 0:3
Qollar: Rayan Qauld, 32; 63. Levis Makleod, 36.
Hollandiya - Slovakiya 0:1
Qol: Adam Zrelak, 89.
Turnir cədvəli: Slovakiya - 17. Hollandiya - 16. Şotlandiya - 11. Gürcüstan - 10. Lüksemburq - 3.
4-cü qrup
Bosniya və Hersoqovina - Macarıstan 1:4
Qollar: Nermin Zolotiç, 87 - Balint Vekcsey, 1. Laşlo Kleynheysler, 18. Patrik Baksa, 51. Barnabas Bese, 53.
Turnir cədvəli: İspaniya - 21. Avstriya - 15. Macarıstan - 9. Bosniya və Hersoqovina - 6. Albaniya - 6.
5-ci qrup
İsveçrə - Latviya 7:1
Qollar: Darko Yevtiç, 5-pen; 60-pen. Merqim Brahimi, 14. Şani Taraşay, 26. Françisko Rodriges, 47. Haris Tabakoviç, 69; 73 - Dmitris Klimaşeviç, 64.
Ukrayna - Lixtenşteyn 3:0
Qollar: Vladislav Kulaç, 23; 58. Simon Zahn, 62 (avtoqol).
Turnir cədvəli: Xorvatiya - 19. Ukrayna - 19. İsveçrə - 15. Latviya - 6. Lixtenşteyn - 0.
10-cu qrup
Fransa - İslandiya 1:1
Qolar: Yaya Sanoqo, 63 - Kristian Qauti Emilsson, 80.
Turnir cədvəli: Fransa - 22. İslandiya - 16. Qazaxıstan - 9. Ermənistan - 6. Belarus - 3.
Fanat.az