Əsgər Abdullayevin dünyadakı bənzərləri

Əsgər Abdullayevin dünyadakı bənzərləri
"Çelsi" "Atletiko" və "Liverpul" matçlarında istədiyi nəticəyə müdafiəyəmeylli futbolla nail oldu. Dünya ictimaiyyətinin "anti-futbol" adlandırdığı bu sistem istənilən nəticəni qazanmaq üçün yetərli olsa da, azarkeşlərin futboldan həzz almasını əngəlləyir. Bunun nəticəsidi ki, əksər mütəxəssislər, media və fanatlar "Çelsi"nin baş məşqçisi Joze Mourinyonu tənqid hədəfinə çevirib. Amma bu futbol tarixində ilk belə hadisə deyid. Azərbaycanda və dünyadakı "anti-futbol" nümunələrini təqdim edirik.
Olimpik (Bakı), 2007/08
2007/08 mövsümündə Azərbaycan Premyer Liqasında "Olimpik" (indiki AZAL) bənzər oyun sərgiləyirdi. Bu səbəbdən komandanın baş məşqçisi Əsgər Abdullayev mövsümboyu mütəxəssislər və medianın tənqid hədəfinə çevirildi. Lakin baş məşqçi sonadək taktikasına sadiq qalaraq, tənqidlərdən nəticə çıxarmadı. AZAL həmin mövsüm çempionla eyni sayda (58) xal toplasa da, gümüş medallarla kifayətlənmişdi. Əsgər Abdullayevin komandası 26 oyunda çempiondan təxminən iki dəfə az - 29 qol (orta hesabla hər oyuna 1,11 qol) vuraraq, cəmi 7 dəfə məyus olmuşdu. "Olimpik"dən sonra çempionatın ən az qol buraxan komandaları olmuş "Xəzər Lənkəran"la "Qarabağ" 16, çempion "İnter" isə 18 dəfə topu öz qapısından çıxarmışdı.
Argentina, 1990
1990-cı ildə keçirilən dünya çempionatında Argentina 7 oyunda cəmi 5 qola imza ata bilmişdi. baş məşqçi Karlos Bilardonun bu sistemi Dieqo Maradonanın 1986-cı ildəki çempionata nisbətən daha az diqqət mərkəzinə düşməsi ilə nəticələnmişdi. Qrupda SSRİ-ni 2:0 hesabı ilə udub, Rumıniya ilə heç-heçə oynayan (1:1) və Kameruna yenilən (0:1) Argentina 1/8 finalda Braziliyanı tək qolla keçmişdi (1:0). 1/4 finalda Yuqoslaviyanı əsas vaxtı 0:0 hesabı ilə başa çatan oyunda penaltilər sayəsində (3:2) keçən argentinalılar yarımfinalda İtaliya ilə üz-üzə gəlmişdi. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda yenə cənubi amerikalılar penalti seriyasında sevinib (4:3). Finalda isə Argentina Qərbə Almaniyaya uduzub - 0:1.
Arsenal, 1992-1995
George Qahamın başçılıq etdiyi "Arsenal" uğur qazansa da, oyunu ilə azarkeşlərə zövq vermirdi. 1986-1995-ci illərdə komandaya başçılıq edən mütəxəssis xüsusən də 1992-1995-ci illərdə "anti-futbol"a üstünlük verirdi və bunun nəticəsi idi ki, "Arsenal"ın oyunlarında stadion dolmurdu. Hətta Qaham özü də komandasının cansıxıcı oynadığını etiraf edirdi.
Yunanıstan, 2004
Hər kəs Yunanıstanın AVRO-2004-də qızıl medallara "anti-futbol" sayəsində nail olduğunu bilir. Otto Rehhagelin komandasını turnirdən əvvəl heç kimi çempionluğun favoritləri sırasında göstərmirdi. Alman məşqçi əlinin altında yüksək səviyyəli futbolçuların olmadığının fərqində idi. Bu səbəbdən müdafiəyəmeylli oyun taktikası seçib, karyerasının ən böyük uğuruna imza atdı. Yunanıstan millisi Avropa çempionatında keçirdiyi 6 oyunda 7 qol vurub, 4 dəfə məyus olub. Qrup mərhələsindən sonra yunanlar keçirdikləri hər üç oyunda (Fransa, Çexiya və Portuqaliya) 1:0 hesablı qələbə qazanıb.
İnter (Milan), 1960
1960-cı illərin "İnter"i "Catenaccio"dan ən yaxşı istifadə edən klub olub. Cakinto Faççetti, Tarçisio Burqniç və Armando Piççi kimi məşhur müdafiəçilər bu sistemin öndə gedən simaları idi. "İnter" Helenio Herreranın rəhbərliyi altında həmin dönəmdə İtaliyanın ən yaxşı klublarından biri olub. Herrera 1960-1968-ci illərdə "İnter"ə 8 kubok qazandırıb.
Reyncers, 2008
"Reyncers"in 2007/08 mövsümündə sərgilədiyi oyun baş məşqçi Valter Smitin şərəfinə "Vatenakkio" adlandırılmışdı. Hətta Lionel Messi "Reyncers"lə oyundan sonra "Onların məqsədi futbol oynamaq deyil" deyərək, üsyan etmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər