Əsgər Abdullayev yetirmələrini günahlandırdı

Əsgər Abdullayev yetirmələrini günahlandırdı

Topaz Premyer Liqasının 5-ci turunda “Araz Naxçıvan” doğma meydanda “İnter”ə 1-3 hesabı ilə məğlub oldu. Fanat.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi yetirmələrini "ağ yuyub, qara sərib".

Əsgər Abdullayev, “Araz Naxçıvan” klubunun baş məşqçisi: “Deyiləsi sözüm yoxdur. Futbolçuların oyuna bu cür münasibəti ilə bizə çətin olacaq. Rəqib haqqında tam məlumat versək də, istədiyimiz oyunu meydanda görə bilmədik. Ümumilikdə, oyun görmədik. Sanki, futbolçularımız futbol oynamağa deyil, gəzməyə çıxmışdılar”. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər